Bakıda oğlan qızı parkda yumruqladı - VİDEO

Bakıda "Nərimanov parkı" kimi tanınan parkda xoşagəlməz hadisə baş verib.

sabahinfo.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki,  bu barədə sosial şəbəkə istifadəçisi Dəyanət Babayev məlumat yayıb.

İstifadəçi qeyd edib ki, insidentə səbəb həmin oğlanın öz yolu ilə gedən qıza söz atmağı olub:

"Qız onun cavabını verəndə oğlan geri qayıdıb qıza 2 təpik, 1 yumruq vurdu. Oğlanın yanında dayanan dostları onları ayırdı. Mən 8 saniyəlik videoda yalnız qıza dəyən yumruğu çəkə bildim".

[[MEDIA_0]]