Bakının Nərimanov rayonu, Mayakovski küçəsi 10 ünvanında eyvan uçub.
sabahinfo.Az atv.az-a istinadən xəbər verir ki, bu, sözügedən binada artıq ikinci hadisədir.
Sakinlər bildiriblər ki, digər eyvanlar da uçmaq təhlükəsi qarşısındadır. 151 saylı Mənzil İstismar Sahəsinin mühəndisi də etiraf edir ki, bina köhnə olduğundan arakəsmələr çürüyüb. Bu səbəbdən binanın eyvanlarının təmirə ehtiyacı var.