Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməliyyat keçirib

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Sumqayıt Şəhər Polis İdarəsi tərəfindən Sumqayıtda əməliyyat keçirilib.

Sabahinfo.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Sumqayıt ŞPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhərində şəhər sakini Xalid Abuzərova məxsus "Mercedes” markalı avtomobilə baxış zamanı 1 ədəd "AK-74” markalı silah, 1 ədəd patron darağı və 30 ədəd patron, Rəvan Əliyevin şəhər ərazisindəki yataqxanada yaşadığı evə baxış zamanı 1 ədəd "BORS” markalı avtomat silah və 1 ədəd "F-1”qumbarası aşkar edilərək götürülüb.