Azərbaycan Beynəlxalq Bankında (ABB) yeni təyinatlar olub.
Oxu.Az-a bankdan verilən məlumata görə, Şölə Əkbərova bankın İnsan resursları departamentinin direktoru vəzifəsinə təyin edilib.
Murad Qurbanov isə bankın Təhlükəsizlik departamentinin direktor müavini – bankın İnformasiya təhlükəsizliyi inzibatçısı vəzifəsinə təyin edilib.
İnformasiya təhlükəsizliyi sahəsində peşəkar bacarıqlara malik M.Qurbanov yeni vəzifəsində ABB-da bank əməliyyatlarının təhlükəsizliyinin daha da gücləndirilməsi, bu sahənin inkişaf etdirilməsi missiyasını yerinə yetirəcək.
Qeyd edək ki, hazırda Azərbaycan Beynəlxalq Bankında maliyyə-təşkilati sağlamlaşdırma tədbirləri intensiv şəkildə davam etdirilir.
Xalid Əhədovun rəhbərlik etdiyi bankın yeni üzvlərlə gücləndirilmiş peşəkar idarəetmə komandasının qarşıya qoyduğu əsas hədəflər sağlamlaşdırma və restrukturizasiya prosesini qısa zamanda uğurla reallaşdırmaq, eyni zamanda Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli müvafiq Fərmanında bankın fəaliyyəti ilə bağlı irəli sürülmüş digər vəzifələri yerinə yetirməkdir.