Bir ailənin ikinci şəhidinin 40 mərasimi keçirildi - Fotolar

Cəbhənin Goranboy rayonu istiqamətində erməni silahlı qüvvələrinin torpaqlarımıza qəfil hücumunun qarşısını alarkən gedən ağır döyüşlərdə qəhramancasına şəhid olan Azərbaycan ordusunun zabiti Bayramov Vaqif Dilqəm oğlunun boya-başa çatdığı Naftalan şəhərində 40 mərasimi keçirilib.

sabahinfo.az-ın məlumatına görə,  40 mərasimində Naftalan Şəhər  İcra Hakimiyyətinin Başçısı Natiq Aslanov, icra hakimiyyətinin kollektivi, hüquq mühafizə orqanlarının rəhbərləri, şəhər ictimaiyyətinin nümayəndələri, Qarabağ müharibəsi veteranları və şəhidin doğmaları iştirak edib.

Qeyd edək ki, V. Bayramovun digər qardaşı- Mehman Bayramov da şəhiddir, o, 1992-ci ilin yayında hərbi əməliyyatlar zamanı şəhid olub.

Allahdan şəhidimizə rəhmət, ailəsinə və yaxınlarına səbr diləyirik. 

Allah rəhmət eləsin!