Bu gün Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinə, Cəlilabad rayonu, Uzun Təpə kəndində kanalizasiya xətlərində qazıntı işləri aparılan zaman 3 metr dərinliyi olan quyuda torpaq uçqunu baş verməsi barədə məlumat daxil olub.Sabahinfo.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, hadisə nəticəsində 1 nəfər fəhlə uçqun altında qalıb.
Dərhal Cəlilabad rayon Dövlət Yanğından Mühafizə Xidmətin yanğınsöndürən-xilasediciləri tərəfindən fəhlə torpaq altından çıxarılaraq xilas edilib və Təxirəsalınmaz Təcili Tibbi Yardım xidmətinə təhvil verilib. Əməliyyat saat 09:28-də başa çatıb.