Çempionlar Liqasında ikinci finalçı müəyyənləşib.
Qol.az-ın məlumatına görə, "Ayaks" və "Tottenhem" komandaları qitənin bir nömrəli klub turnirində həlledici oyuna sonuncu vəsiqə uğrunda cavab matçına çıxıblar.
Londondakı ilk görüşdə hollandlar minimal hesabla qalib gəldiyindən üstünlük onların tərəfində idi. Cavab matçında daAmsterdam təmsilçisi fasiləyə qədər üstün olub - 2:0. Lakin ikinci hissədə qonaqlarınyarımmüdafiəçisi Lukas Moura 3 qol vuraraq komandasına möhtəşəm qələbə qazandırıb."Real", "Yuventus" kimi klubları mübarizədən kənarlaşdıran "Ayaks" matçın son saniyələrində buraxdığı qollafinaldan məhrum olub.Həlledici oyuna vəsiqəni "Tottenhem" əldə edib.
Qeyd edək ki,"Tottenhem" finalda "Liverpul"laüz-üzə gələcək. İngilis finalı iyunun 1-də Madriddəki"Vanda Metropolitano" stadionunda keçiriləcək.
8 may
Çempionlar Liqası
Yarımfinalın cavab oyunu
"Ayaks" (Hollandiya)- "Tottenhem" (İngiltərə) - 2:3
Qollar:De Liqt, 5 (1:0), Zieş, 35 (2:0), L.Moura, 55, (2:1), 59 (2:2), 90+6 (2:3)
İlk oyun- 1:0
7 may
"Liverpul" (İngiltərə) -"Barselona" (İspaniya) - 4:0
İlk oyun - 0:3