Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi Milli Məclisə daxil olub.
Sabahinfo.az xəbər verir ki, illik məruzə Milli Məclisin Regional məsələlər komitəsinin sabah keçirilən iclasının gündəliyinə daxil edilib.
Bundan başqa iclasda, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanunda və Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 274-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi müzakirə ediləcək.