Ermənistan Azərbaycan Respublikasının ərazi bütövlüyünü tanıyır, lakin hesab edir ki Dağlıq Qarabağ probleminin həlli əsnasında xalqların öz müqəddəratını təyin etmək hüququ da nəzərə alınmalıdır, Rusiyanın "Novosti"informasiya agentliyinə (RİA Novosti) müsahibədə Ermənistan prezidenti Serj Sarkisyan bildirib. "Biz istənilən dövlətin, o cümlədən, Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq. Lakin xalqların öz müqəddəratının təyin etməsi heç də ərazi bütövlüyü prinsipinə zidd deyil. Ona görə ki, ərazi bütövlüyü dövlətlərarası münasibətlərə, öz müqəddəratını təyin etmək isə, paytaxtla kompakt yaşayan xalq arasındakı əlaqələrə aiddir (ələlxüsus öz tarixi vətənində yaşayan). Sivil dünyada bütün məsələlər silah tətbiq edilmədən həll olunur. Xalqların öz müqəddəratını təyin etmək prinsipini rədd ediriksə, onda gərək Sovet İttifaqı tərkibindən çıxmayaydıq, bu ki həmin prinsip əsasında baş tutmuşdu. Odur ki, bu prinsiplər bir-birinə zidd deyil", - Ermənistan prezidenti "Rossiya seqodnya" beynəlxalq informasiya agentliyinin baş direktoru Dmitri Kiselyova müsahibəsində deyib. Milli.Az BBC-yə istinadən bildirir ki, Sarkisyanın sözlərinə görə Yerevanla Bakı bir neçə dəfə Dağlıq Qarabağ tənzimlənməsinə dair onun (tənzimlənmənin) təməl prinsiplərini əks etdirən sənəd imzalamağa yaxın olublar. "Dəqiq desək: erməni tərəfləri - Ermənistan və Dağlıq Qarabağ - hazırda təhlükəsizlik zonası qismində tutulmuş, azərbaycanlıların işğal altında olan dediyi, əraziləri tərk edir, lakin sənədin birinci bəndində aydın həkk olunub ki, Dağlıq Qarabağın son hüquqi statusu Dağlıq Qarabağ əhalisinin arzusunu azad izhar etmək yolu ilə müəyyən ediləcək... Daha sonra kimin iştirak edəcəyi, gündəlik məsələlər açıqlanır. Bir sözlə, referendum... Lakin hər dəfə Azərbaycan tərəfi yeni tələblər irəli sürüb", - Sarkisyan deyib. Onun sözlərinə görə, erməni tərəfi indi də həmin sənədə qayıtmağa hazırdır. Azərbaycan tərəfi Ermənistan prezidentinin bəyanatını şərh etməyib. "Lakin belə hallarda bizim hazırlığımız heç nədir, çünki belə hallarda tərəf yox, tərəflər hazır olmalıdır. Bundan başqa, aprel hadisələri göstərdi ki, tərəflər arasında heç etimad yoxdur", - Ermənistan prezidenti deyib.
Qaynar xətt