Dünən Parisdə "Bataklan” teatrında amerikalı rok-qrupun konsertinə gələnlər onlara terrorçuların hücum etdiyini dərhal anlamayıb.Sabahinfo.az-ın vesti.ru-ya istinadən xəbərinə görə, zalda rok mahnı gurlayan zamanda baş verənləri tamaşaçıların çoxu şounun bir hissəsi hesab edib. Xoşbəxtlikdən sağ qalan qızlardan biri baş verən dəhşəti belə xatırlayır: "Ətraf meyitlərlə dolu, hər tərəf qan idi. Mən əvvəl elə zənn etdim ki, bu, şounun bir hissəsidir. Bir neçə saniyədən sonra isə mənə aydın oldu ki, bu, terrordur”.
Şahidin sözlərinə görə, o, əvvəlcə meyitləri və silahlı adamları görüb və dərhal yerə uzanıb. Çünki terrorçular hamıdan uzanmağı tələb edib və ayağa duranları güllələyəcəklərini bildiriblər. Amma yarım saat sonra onlar hər tərəfə atəş açmağa başlayıblar. Tamaşaçıların sözlərinə görə, terrorçular "Bu, Suriyaya görədir” deyərək qışqırırlarmış.
Polisin hücumuna qədər, yəni təxminən 1 saat 30 dəqiqə insanlar onların gözü qarşısında ölənlərin ətrafa yayılan qanı içərisində uzanıb qalıblar.
Hadisə şahidlərindən biri baş verənləri belə danışır: "Bar tərəfdə partlayış səsi eşitdik. Mən iki nəfər yaşı 25-dən çox olmayan, Kalaşnikov avtomatı ilə silahlanmış cavan oğlan gördüm. Bizə uzanmağı əmr elədilər. Bütün zal uzandı”. Konsert zalında olanların sözlərinə görə, terrorçulardan biri ağ-qara geyimli idi, yaşı 25-dən artıq olmazdı: "O, çox təmkinli idi. Bu, məni təəccübləndirdi”.
"Stad de Frans” stadionunun yaxınlığındakı partlayışda zərərçəkənlərdən biri çoxsaylı yara alıb. Onun sözlərinə görə, ölənlər arasında ola bilərdi. Onu mobil telefonu xilas edib, çünki bomba partlayan zaman telefonla danışırmış. Qəlpə onun başına doğru gəlsə də, telefona dəyib istiqamətini dəyişib.