Formula-1: Dünən lyuk niyə yerindən çıxıb? - RƏSMİ AÇIQLAMA

FİA Bakıda keçirilən Formula 1 yarışlarında ötən gün baş verən qəzanın səbəbini açıqlayıb.

Bakupost.az-ın məlumatına görə, sərbəst yürüşün 15-ci dəqiqəsində Corc Rassel lyukun üzərindən keçərkən lyukun qapağı bolidin altına dəyib. Nəticədə bolidin şassisi zədələnib.

FİA-nın yaydığı məlumata görə, lyukun qapağı içəri hissədən qırılıb və nəticədə belə qəza baş verib. Qəzadan sonra Bakıdakı bütün lyuklar yoxlanılıb və heç bir problem ortaya çıxmayıb.