Gədəbəydə baş vermişsilahlı insidentin təfərrüatı məlum olub.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, avqustun 31-də Gədəbəy rayonunun Arısu kəndi ərazisində Şəmkir rayon sakiniƏ.Həsənovmünaqişə zəminində tüfəngdən açdığı atəşlə kənd sakini olan qohumuR.Vəliyevaya qolundan, onun oğluA.Əliyevə isə ayaq nahiyəsindən xəsarət yetirib.
Ə.Həsənov sonradan R.Vəliyevaya məxsus ikimərtəbəlievə neft tökərək yandırıb. Nəticədə oradakı əşyalar, habelə 20 kv.m sahədə dam örtüyü yanıb.
Yanğın söndürülüb, R.Vəliyeva və A.Əliyev xəstəxanaya yerləşdirilib.
Gədəbəy Rayon Polis Şöbəsiəməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində adam öldürməyə cəhddə şübhəli bilinən Ə.Həsənov saxlanılıb.
Cinayət əməlini törədərkən istifadə etdiyi müvafiq sənədləri olmayan "İJ-16"markalı ov tüfəngi ondan götürülüb.
Faktla bağlı araşdırma aparılır.