General Rövşən Lənkəranskinin düşmənindən bir məsləhət üçün 500 min avro alıb - İSTİNTAQ MATERİALI

Azərbaycanlı "qanuni oğru” Rövşən Lənkəranski ilə düşmən münasibətdə olan Kürd Şakro ləqəbli Zaxari Kalaşov və adamları ilə bağlı daha bir məlumat ortaya çıxıb.

sabahinfo.az  Rusiya mətbuatına istinadən bildirir ki, İstintaq Komitəsinin araşdırması zamanı Kürd Şakronun klanındakı bəzi şəxslərə general Мixail Maksimenko məsləhət verirmiş.

İndi İstintaq Komitəsinin vəzifəsindən uzaqlaşdırılan general "qanuni oğru”ya necə hərəkət etmək barədə məsləhətlər verirmiş. O, daha bir yüksək vəzifəli şəxs- Denis Nikandrovla da bu barədə söhbət etmək üçün tez-tez görüşürmüş. Ancaq bu zaman hər iki şəxsin ağlına da gəlməzdi ki, Maksimenkonun mənzilində dinləyici quraşdırılıb və bütün söhbərlər dinlənilir. 

İstintaq Komitəsində xüsusi təhlükəsizlik Baş İdarəsinin rəhbəri olan general Maksimenko ay ərzində "qanuni oğru” ya belə xidmət göstərib. O, həmkarları Alenksandr Lamanov və Denis Nikandrovu şəxsi mənzilinə dəvət edib və onlarla Kürd Şakro barədə danışıb. Bildirib ki, Kürd Şakro "qanuni oğru”, "İtalyan” ləqəbli Andrey Koçuykovun azadlığa buraxılması müqabilində külli miqdarda rüşvət vəd edib. 

Kriminal "generel”ın təklifi müsbət qiymətləndirilib. Kürd Şakrodan bu tapşırığın icrası müqabilində 500 min avro almaq qərara alınıb. 4 mart 2016-cı ildə isə məbləğ tərəflər arasında bölüşdürülüb. 

İstintaqa o da məlum olub ki, general "qanuni oğru”ya və adamlarına özlərini necə aparmaq, şübhələri necə dəf etmək və diqqətdən yayınmaq barədə məsləhətlər verirmiş. 

Qeyd edək ki, hazırda hər 3 şəxs vəzifəsindən azad edilib. Kürd Şakro isə həbsdədir.