Bütün dünya səviyyəsində getdikcə artan və şüurlu
şəkildə insanların təşviq edildiyi çox ciddi bir problem var: homoseksuallıq. Homoseksuallıq yayıldıqca və
cəmiyyətdə qəbul olunduqca dünya daha böyük uçuruma doğru sürüklənəcək, ona
görə hər kəsin bu təhlükəyə qarşı çox diqqətli olması lazımdır.
2014-cü ildə Avroviziya
Mahnı Müsabiqəsinin qalibi haqqında, yəqin ki, hamınız az və ya çox məlumat
eşitmisiniz, xüsusilə onun mahnısından çox, cinsiyyəti haqqında...
59-cu dəfə təşkil olunan
yarışmanın sonunda sms-səsvermə və professional juri seçimi nəticəsində
"Eurovision 2014"ün qalibi 290 xal toplayan Avstriyanın transseksual
iştirakçısı Konçita Vürst oldu. Bu mahnı müsabiqəsinindən daha çox,
"homoseksuallığın” qalibiyyəti kimi yadda qaldı. Baxmayaraq ki, çox
iyrənc, utanılmalı və gizlədilməli bir şey olduğu halda, bütün dünya
səviyyəsində belə bir əxlaqın geniş reklam olunması bu məsələnin necə ciddi bir
fakt olduğunu göstərir.
Xüsusilə son zamanlar
dünyaca məşhur Holivud kinolarında homoseksuallığın çox adi hal olduğunu
göstərən filmlər işıq üzü görür, insanlara da bu əxlaqın çox normal olması
mesajı verilir. Hətta bəzi Hollivud ulduzları da cinsiyyətlərini dəyişərək
bunun "normal” hal olmasını canlı göstərirlər. Bundan başqa, Ötən ay ilk dəfə
ABŞ ordusunun başına homoseksual olduğunu açıq şəkildə etiraf edən (openly gay)
nazir gətirildi. Ordu naziri kimi fəaliyyətə başlayan Erik Fenninq müdafiə
naziri Eşton Karterdən sonra ordu komandanlığında ən yüksək vəzifəli şəxsdir.
Yeni dövrdə əsgərlərin homoseksual olduqlarını açıq elan etmələrinə də icazə
verilib. ABŞ ordusunda 65.000 homoseksual əsgər olduğu ehtimal edilir.
Yuxarıda saydığım
hadisələr insanların nə qədər əxlaqi degenerasiya keçirdiyini göstərir. Bu
əxlaqi degenerasiyanın bir qolu Avropadan gəlir və şüurlu şəkildə bütün dünyaya
təbliğ olunur. Bu ölkələrdə insanların yaşamağı üçün iqtisadi şərait olduqca
yüksəkdir və həyatda ehtiytac duyduqları elə bir problemləri də yoxdur. Bəs
bunların həyatdan sıxılararaq belə iyrənc işlərə əl atmasının səbəbi nədir?
Səbəbi imansızlıqdır, Allah qorxularının olmamasıdır, dünyada yaradılış
məqsədlərini bilməmələdir. Ali təhsil müəssisələrində də darvinist-materialist
təlim keçirilir. Dünyanın özbaşına yarandığına, onları yaradan kimsə
olmadığına, din əxlaqı ilə əxlaqlanmadıqlarına görə gənclər həyatdan zövq
almırlar, artıq əldə etdiyi bütün nemətlər onlar üçün adiləşir və həyatdan zövq
almaq üçün belə yollara əl atırlar.
Allah Quranda azğınlaşan
Lut peyğəmbərin göndərildiyi qövm haqqında bunları bildirir:
Lutu da (elçi göndərdik). Bir zaman o, öz qövmünə
demişdi: "Sizdən əvvəl aləmlərdən heç kəsin etmədiyi iyrənc əməli sizmi
edəcəksiniz? Siz, qadınları qoyub şəhvətlə kişilərin yanına gedirsiniz.
Həqiqətən, siz, həddi aşmış adamlarsınız”.
Onun qövmünün cavabı: "Onları yurdunuzdan
çıxarın. Axı onlar təmizliyə can atan adamlardır”– deməkdən başqa bir şey
olmamışdı. Biz onu və ailəsini xilas etdik. Yalnız arvadından başqa. O, geridə
qalanlardan oldu. Biz onların üstünə (daşlardan) yağış yağdırdıq. Bir gör
günahkarların aqibəti necə oldu. (Əraf surəsi, 80-84)
Yuxarıdakı ayələrdən də
göründüyü kimi, insanı yaradan Allah onun nədən zövq alacağını və nəyi də
sevməyəcəyini bilir.
Bir insan haramlara əl ataraq heç bir
zaman xoşbəxt ola bilməz, hansı ki Allah Quranda bizə halalları da bildirmiş,
haramları da. Haramlar isə əllə
sayılacaq qədər azdır. Bilin ki,
bir insan səmimi olaraq Allaha yönələndə, Allahı üçün yaşayanda xoşbəxt ola
bilər, hüzurlu həyat sürər. Əks halda, Allahın lənətlədiyi homoseksuallıq
kimi cinsi azğınlıq həm insanın özünə, həm də bəşəriyyətə bəladır.
Nəzakət Bədirova