Binəli Yıldırım Zəngəzur dəhlizinin açılmasından DANIŞDI

“Zəngəzur dəhlizinin açılması Orta Dəhlizdə daşımaların maya dəyərini daha da aşağı salacaq və xəttin üçüncü ölkələrdən asılılığını azaldacaq”.

Sabahinfo.az xəbər verir ki, bunu Türkiyənin Ədalət və İnkişaf Partiyası (AK Parti) sədrinin birinci müavini, sabiq baş nazir Binəli Yıldırım “X”də yazıb.

O bildirib ki, Mersin və İsgəndərun limanları vasitəsilə Orta Dəhlizdən keçən yolu Şimali Kiprlə birləşdirmək mümkündür: “Bu addım türk dövlətləri ilə yanaşı, Şimali Kiprə də böyük fayda verəcək”.