ABŞ prezidenti Co Bayden administrasiyasının hərəkətləri Yer kürəsinin “müharibələr planetinə” çevrilməsinə səbəb olub.
Adalet.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Donald Tramp bildirib.
"Əgər həqiqəti bilmək istəyirsinizsə, rəqiblərimiz [Bayden administrasiyası] dünya sülhünü miras alıb və onu müharibə planetinə çeviriblər. Biz müharibələr planetində yaşayırıq. İsrailə hücuma baxın, Ukraynada baş verənlərə baxın: şəhərlər sadəcə bombalanır.
Biz oğul və qızlarımızın təhlükəsizliyini təmin edəcəyik. Küçələrimizin təhlükəsizliyini təmin etdikdə biz dünyada sabitliyin bərqərar olmasına kömək edəcəyik. Mən yaxın tarixdə heç bir yeni müharibəyə başlamayan ilk prezident olmuşam. Bizə hörmət edirdilər.
Mənim rəhbərliyim altında İslam Dövlətinə qarşı mübarizədən başqa heç bir müharibə olmayıb və mən onları məğlub etdim. Bizim müharibələrimiz olmayıb. Mən bir telefon zəngi ilə müharibələri dayandıra bilərdim", - eks-prezident qeyd edib.