İsmayıllı atletləri zona yarışında birinci - FOTOLAR

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi İsmayıllı rayon Olimpiya İdman Kompleksində Yeniyetmələrin XII Respublika Oyunlarının proqramına daxil olan atletika üzrə 2006-2007-ci il təvəllüdlü idmançılar arasında zona yarışı keçirilib.

Sabahinfo.az xəbər verir ki, yarışda Qobustan, Şamaxı, Ağsu, Kürdəmir, Göyçay, Ucar, İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax, Balakən, Zaqatala rayonlarının komandası iştirak etmişdir. Hər komandanın tərkibi 14 (7 qız, 7 oğlan) nəfərdən ibarət olmuşdur.


Zona yarışında I yeri İsmayıllı, II yeri Oğuz , III yeri Qax komandaları tutmuşlar.I və II yeri tutmuş komandalar Respublika birinciliyində iştirak edəcək.

Onu da qeyd edirik ki, İsmayıllı komandasının tərkibi əsasən Lahıc qəsəbə, şəhər 1 və 7 nömrəli tam orta məktəblərin idmançılarından ibarət olmuşdur. Məşqçi-müəllimlər Rəvan Qarayev və Bənövşə İsmayılovadır.