Noyabrın 7-də Tovuzun Ağdam kəndindəki N saylı hərbi hissədə müəmmalı şəkildə dünyasını dəyişmiş əsgər Məhəmməd Siraclı haqda məlumat vermişdik. Baş verən ölüm hadisəsi ilə bağlı mətbuta danışan Məhəmməd Siraclının əmisi Fikrət Israilov 19 yaşlı qardaşı oğlunun intihar etdiyinə inanmadıqlarını, onun qətlə yetirildiyini güman etdiklərini bildirmişdi.
Onun sözlərinə görə, həmin gün hərbi hissədən ailə üzvlərinə zəng gəlib. Bildiriblər ki, Məhəmməd özünü silahla vurub:
"Dedilər, onu Gəncədəki 3 saylı xəstəxanaya aparıblar. Biz də Gəncəyə yola düşdük. Morqa qoymuşdular. Meyiti açıb tökdük, baxdıq ki, uşağın kürəyində 3 güllə yarası var. Dedik, ”bu özünü necə vurub ki, güllə izləri kürəyindədir?” Adam öz kürəyinə necə atəş aça bilərdi? Sağ sinəsində, dodağında, boynunda qaraltılar vardı”.
Bu gün "Facebook” sosial şəbəkəsində öldürüldüyü güman edilən əsgər Məhəmməd Siraclının meyitinin fotoları yayılıb. Yayılan fotolarda da əsgərin əmisi Fikrət Israilovun dediyi əlamətlər aşkar görünür. Həmin fotoları təqdim edirik: