Milli Məclisinin plenar iclasının tarixi açıqlandı

Milli Məclisin bu aya olan ilk plenar iclasının tarixi və gündəliyi açıqlanıb.


MM-in mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu bildirib ki, plenar iclas mayın 8-də keçiriləcək. Onun sözlərinə görə, iclasda 5 məsələ müzakirə ediləcək: ""Reklam haqqında” qanunun 3-cü oxunuşda müzakirəsi, "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” qanununa dəyişiklik, "Vətəndaşların müdafiəçiləri haqqında” qanun 2-ci oxunuşda, "Qiymətli kağızlar bazarı haqqında” qanun layihəsi 2-ci oxunuşda, "Azərbaycan Respublikası Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanunun müzakirəsi olacaq”.