Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu müavini Oqtay Gülalıyevin vəzifəsindən azad edib.
Bu barədəKXCP sədrinin müavini Xəzər Teyyublu məlumat verib.
Partiya rəsmisi bildirib ki, Oqtay Gülalıyev vəzifəsindən KXCP sədi tərəfindən uzaqlaşdırılıb: "Müqavinlər təyin etmək və azad etmək partiya sədrinin səlahiyyətlərinə aid olan məsələdir. Yəni, bu adi prosedur qaydadır”. – deyə X. Teyyublu bildirib.
O. Gülalıyevin partiyada qalıb-qalmayacağı ilə bağlı məsələyə gəlincə, X. Teyyublu deyib ki, o partiya və Ali Məclisin üzvü olaraq fəaliyyətini davam etdirə bilər.
Hələlik O. Gülalıyevin yerinə təyinat baş verməyib.