Mirşahin Ağayev əməliyyat olundu - Türkiyədə

ANS Şirkətlər Qrupunun vitse-prezidenti, telejurnalist Mirşahin Ağayev Türkiyədə əməliyyat olunub.

 

sabahinfo.az-ın musavat.com-a istinadən məlumatına görə, jurnalistin yaxınları bildirib ki, hazırda onun vəziyyəti normaldır: "Bakıya nə vaxt qayıdacağı məlum deyil. Hər şey vəziyyətinin düzəlməsindən asılıdır  Mirşahinin səhhətində çoxdan problem var idi. Həkimlər yayda əməliyyat olunmağı tövsiyə etmişdilər. Lakin ANS-in bağlanması planları pozdu. Ona görə də əməliyyat gecikdi. Vəziyyəti ciddi olduğu üçün Türkiyəyə getməli olub”.