Bakı şəhərinin Xətai rayonunda törədilmiş qətl hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb. Sabahinfo.az-ın məlumatına görə, qətlə yetirilən Rövşən Cəfərovla hadisəni törədən Təhmasib Fərəcov qayın-yeznə olub.
Yanvarın 4-də bayramlaşmaq üçün bacısıgilin Xətai rayonunda kirayə yaşadığı mənzilə gələn 35 yaşlı Rövşən Cəfərov burada yeznəsi Təhmasiblə dalaşıb. İçkili vəziyyətdə olan R.Cəfərovun sakitləşmədiyini görən T.Fərəcov onu bıçaqlayaraq öldürüb.
T.Fərəcov qaynını söyüş söydüyünə görə vurduğunu deyib.
Bildirilir ki, hadisə vaxtı R.Cəfərovun bacısı da evdə olub.
Araşdırmalar davam etdirilir.
*****
5 yanvar
Bakıda qətl törədilib. Sabahinfo.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, yanvarın 4-də Naxçıvan şəhər sakini Təhmasib Fərəcov Xətai rayonu ərazisində kirayədə yaşadığı evdə münaqişə zəminində qohumu - Sabirabad rayon sakini, əvvəllər məhkum olunmuş Rövşən Cəfərova bıçaqla xəsarət yetirib. R.Cəfərov hadisə yerində ölüb.
Xətai RPİ 34-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində T.Fərəcov tutulub.
Araşdırma aparılır.