Bu ilin aprel ayının əvvəlində cəbhə xəttində ermənilərin təxribatlarının qarşısını alan zaman şəhid olan Azərbyacan ordusunun giziri Mirsalam Cəfərovun təltif edildiyi "İgidliyə görə" medalı ailəsinə təqdim olunub.
sabahinfo.az azreport-a istinadən bildirir ki, bu münasibətlə şəhidin doğulduğu Tovuz rayonunda təqdimetmə mərasimi keçirilib. Mərasimdə Müdafiə Nazirliyinin (MN), Tovuz Rayon İcra Hakimiyyətinin (RİH) və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Tədbirdə polkovnik Abdulla Qurbani çıxış edərək gəncin qısa, lakin şərəfli həyat yolundan danışıb. Onun döyüşlərdə göstərdiyi qəhrəmanlıqdan, qorxmazlığından söz açıb. Bildirib ki, o, hər zaman igidliyi və cəsurluğu ilə seçilib.
Şəhidin ailəsi onunla fəxr etdiyini deyib. Övladı ilə qürur duyduğunu bildirən şəhid atası özü və şəhidin yeganə qardaşı Mirhəşimlə hər zaman döyüşə hazır olduğunu bildirib.


