Şəmkirdə 25 yaşlı oğlan bıçaqlandı

Şəmkirdə bıçaqlanma olub.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Sabirkənd kənd sakini 1991-ci il təvəllüdlü Elşad Sadiqov  bel nahiyəsinin kəsilmiş-deşilmiş yarası xəsarəti ilə Şəmkir Mərkəzi rayon xəstəxanasına yerləşdirilib.Yaralının vəziyyəti orta ağır qiymətləndirilir.  İlkin ehtimala əsasən, E. Sadiqov həmkəndlisi tərəfindən bıçaqlanıb.

 

Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.