Tibbi sığorta bahalaşıb - SƏBƏB - VİDEO

Könüllü tibbi sığorta bahalaşıb. Sığorta şirkətləri bunu tibbi sığorta xərclərinin artması ilə əlaqələndirirlər.

Belə ki, manatın məzənnəsindəki dəyişikliklərlə əlaqədar son bir ildə dərmanların qiyməti 20-30 %  artıb. Bu da öz növbəsində sığorta qiymətlərinə təsir edir.

sabahinfo.Az xezerxeber.com-a istinadən bildirir ki, sığorta eksperti Daşdəmir Niftəliyev deyir ki, bahalaşma təkcə dərmanlarda deyil, tibbi xidmətlərin də qiyməti artıb.

Ona görə də hazırda bazarda tibbi sığorta 40-50 faizə qədər bahalaşıb.

Ekspertlər onu da vurğulayırlar ki, ölkəmizdə tibbi sığortanı daha çox fiziki şəxslər deyil, firmalar elətdirirlər.

[[MEDIA_0]]