Serial dünyasında məşhurlar bəzən layihənin qanunlarına riayət etmir. Ya şəxsi həyatları ilə, ya da məsuliyyətsizliklərinə görə serialdan qovulurlar.
"Yaprak Dökümü”nün "Şevket”i Caner Kurtaran da narkotik maddə istifadəsinə görə bir neçə dəfə həbs olunduğu üçün serialdan qovulmuşdu.
"Kavak yelleri”nin "Efe”si Dağhan Külegec də rejissor Jale İncekolla mübahisə etdiyi üçün serialdan bir müddətlik ayrılmışdı.
Hazırda "Anne” serialında rol alan Qonca Vuslateri "Gönül işleri”nin heyətindən çıxarılmışdı. Onun tərəf müqabili Can Yamanla öpüşərkən yaxanlandığı üçün layihədən qovulduğu iddia edilmişdi.
"Göç Zamanı” adlı serialda çəkilən azərbaycanlı aktrisa Nuranə Bağıyeva iki kişi ilə sevişmə səhnəsindən imtina etdiyi üçün serialdan çıxarılmışdı. 6 ildir Türkiyədə aktrisalıq edən Nuranə üçün ölüm səhnəsi hazırlanmışdı.
Selen Seyven "Kocamın ailesi” serialından uzaqlaşdırılmışdı.
Selin Demiratar isə "Adanalı” serialından öz istəyi ilə ayrıldığını desə də, prodüserlər onun kaprizləri üzündən layihədən kənarlaşdırıldığını deyiblər.
Bu yaxınlarda "Arkadaşlar iyidir” serialı ilə ekranlara gələn Su Kutlu "Güzel köylü”də çəkldiyi zaman bir barda dava saldığı üçün serialdan qovulmuşdu.
A.S.