Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov 3 dairədən daxil olan şikayətlərin araşdırılması üçün müşahidəçilər, namizədləri, səlahiyyətli nümayəndələri və medianı iştirakçılığa dəvət edib.
Sabahinfo.az xəbər verir ki, M.Pənahov bu barədə bu gün keçirilən iclasda danışıb.
O qeyd edib ki, 22, 31, 78 saylı seçki dairələrindən şikayətlər ciddi araşdırılacaq.