"Bu dəyişikliklər istehlakçıların hüquqlarına nə dərəcədə müsbət təsir göstərəcək?" - Deputat

"Azərbaycanda elektron ticarət sahəsində mövcud olan problemlər, regionlarda POS terminalların xüsusi çəkisinin 40 faizdən aşağı olması və s. qeyd etmək istərdim. Belə şəraitdə bu gün təklif olunan dəyişikliklər nə dərəcədə dolğun işləyə biləcək?"

Sabahinfo.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında "Elektron ticarət haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deputat Əli Məsimli deyib.

"Azərbaycanda ticarət və onunla əlaqədar sahələrdə qanunvericilikdə dəyişikliklər olan zaman bir məsələyə xüsusi diqqət etmək lazımdır. Bu dəyişikliklər Azərbaycan vətəndaşının timsalında istehlakçıların hüquqlarına nə dərəcədə müsbət və mənfi təsir göstərəcək. Bu istiqamətdə problemlərin həllinin sürətləndirilməsinin əsas yolu Azərbaycanda səmərəli fəaliyyət göstərən startapların sayının artırılması və onların səmərəli fəaliyyəti üçün şəraitin yaradılması bu cür dəyişikliklərin rəvan işləməsinə müsbət təsir göstərə bilər", - deyə deputat bildirib.