Bu gün axşam saatlarında Xaçmaz rayonu ərazisində yol nəqliyyat hadisəsi qeydə alınıb.
Sabahinfo.Az APA-ya istinadən xəbər verir ki, 1968-ci il təvəllüdlü Şabran rayonunun Çayqaraqaşlı kənd sakini Manafov Ruslan Mirze oğlunu maşın vurub. O, Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Ona sağ bud sümüyünün qapalı sınığı diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.