Sabahinfo.az–ın məlumatına görə, martın 23-də erməni
silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs
rejimini ümumilikdə 56 dəfə pozub.
Ermənistan
Respublikasının İcevan rayonunun Paravakar kəndində yerləşən mövqelərdən
Ağstafa rayonunun Köhnəqışlaq kəndində və Krasnoselsk rayonu ərazisindəki adsız
yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə
yerləşən mövqelərimiz atəşə tutulub.
Goranboy
rayonunun Talış, Tərtər rayonunun Göyarx, Çiləbürt, Ağdam rayonunun Cəvahirli,
Qaraqaşlı, Kəngərli, Sarıcalı, Şıxlar, Şuraabad, Yusifcanlı, Mərzili, Novruzlu,
Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Seyidəhmədli, Aşağı
Veysəlli, Qorqan, Qaraxanbəyli, Cəbrayıl rayonunun Mehdili kəndləri
yaxınlığında, həmçinin Goranboy, Xocavənd və Füzuli rayonları ərazisindəki
adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə
məruz qalıb.
Martın
24-də erməni silahlı bölmələri, həmçinin cəbhənin müxtəlif istiqamətlərində
minaatan və iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs
rejimini ümumilikdə 52 dəfə pozub.
Ermənistan
Respublikasının İcevan və Krasnoselsk rayonları ərazisindəki adsız
yüksəkliklərdə yerləşən mövqelərdən Qazax və Gədəbəy rayonları ərazisindəki
adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Goranboy
rayonunun Gülüstan, Tərtər rayonunun Çaylı, Çiləbürt, Ağdam rayonunun Cəvahirli,
Qaraqaşlı, Sarıcalı, Şıxlar, Şuraabad, Yusifcanlı, Nəmirli, Xocavənd rayonunun
Kuropatkino, Füzuli rayonunun Horadiz, Aşağı Seyidəhmədli, Qorqan,
Qaraxanbəyli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin
Goranboy, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə
yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə məruz qalıb.
Düşmən
cavab atəşi ilə susdurulub.