Deputatlar tətilə ÇIXDILAR

Milli Məclisin payız sessiyası çərçivəsində sonuncu iclası başa çatıb. Spiker Sahibə Qafarova Milli Məclisin payız sessiyasını bağlı elan edib. Sonda Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Bununla da Milli Məclisin payız sessiyası işini yekunlaşdırıb.

Beləliklə, parlament yanvarın 1-dən tətilə buraxılır. Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, səlahiyyəti dövründə Milli Məclis ildə iki dəfə - iyul ayının 15-dən avqust ayının 30-dək və yanvar ayının 1-dən 15-dək tətilə buraxılır. Tətil dövründə deputatlar məzuniyyətdə sayılır.  Azərbaycan Konstitusiyasına əsasən, Milli Məclis hər il yaz və payız sessiyasına toplaşır. Yaz sessiyası fevralın 1-də başlanır, mayın 31-dək davam edir. Payız sessiyası sentyabrın 30-da başlanır, dekabrın 30-da başa çatır.