Deputatlar Türkiyə səfirliyində

Bir həftə keçsə də qardaş Türkiyədən gələn xəbərləri ürəkağrısı ilə izləyirik. Türkiyə çox sınaqlar görüb, inşallah bu da keçəcək. Türkiyədəki qardaş-bacılarımıza dəstək ifadə etmək, zəlzələdə həyatını itirənlərin xatirəsini yad etmək üçün Masallı rayon sakini, Vətənə 2 oğlunu şəhid vermiş Ziba ana və həmkarım Anar İsgəndərovla birlikdə

Türkiyə Səfirliyinin Azərbaycanda yerləşən ünvanında olub, həlak olanların xatirəsinə çiçək dəstəsi düzüb, Türkiyənin ölkəmizdəki səfiri Cahid Bağçı ilə görüşdük, qardaş ölkəyə mənəvi dəstəyimizi ifadə etdik.

Allah zəlzələdə həyatını itirənlərə rəhmət, qalanlara cansağlığı versin. Yaralıların yastığı yüngül olsun. Cənab Prezident İlham Əliyevin göstərişi ilə bütün qüvvələr Türkiyə üçün səfərbər olub. Yardımlar davam edir. Zəlzələnin nəticələri aradan qaldırılıb həyat axarına düşənə qədər qardaş Türkiyənin yanındayıq

SABAHİNFO.AZ