Aprelin 4-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov İsrailin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Corc Dik ilə görüşüb.
Görüşdə mövcud qarşılıqlı əməkdaşlıq vəziyyəti, gələcək inkişaf istiqamətləri, gömrük xidmətləri arasında təcrübə mübadiləsi, texnoloji avadanlıqların təminatı barədə müzakirələr aparılıb.