2024-cü il mart ayının 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 24629,1 milyon manat təşkil edib, onun 20615,8 milyon manatı uzunmüddətli kreditlər olub.
Bu barədə Sabahinfo.az-a Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.
Qeyd edilib ki, 2024-cü il mart ayının 1-nə ödəmə vaxtı keçmiş kreditlərin məbləği ümumi kredit portfelinin 1,9 faizini təşkil edib.
Əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği 2024-cü il mart ayının 1-nə 13267,2 milyon manat olub.
2024-cü ilin yanvar-mart aylarında manatın 1 ABŞ dollarına nisbətdə orta məzənnəsi 1,70 manata bərabər olub. 1 Avro – 1,85 manat, 100 Türk lirəsi – 5,50 manat, 100 Rusiya rublu- 1,87 manat təşkil edib.