Əli Əsədov Milli Məclisdə hesabat verəcək

Milli Məclisin martın 17-də keçiriləcək iclasının gündəliyi açıqlanıb.

Sabahinfo.az xəbər verir ki, iclasın gündəliyinə bir məsələ - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabatın dinlənilməsi daxil edilib.

Hesabatı Baş Nazir Əli Əsədov təqdim edəcək.