Elşən Uluxanlı Prezident İlham Əliyevi təbrik edib

Azərbaycan Respublikası Milli Qəhrəmanları Tanıtma Birliyinin sədri Elşən Uluxanlı Prezident İlham Əliyevi 7 fevral seçkilərində inamlı qələbə qazanması münasibətilə təbrik edib. “Sabahinfo.az” Prezidentin saytına istinadla Elşən Uluxanlının təbrik məktubunu təqdim edir: “Möhtərəm cənab Prezident! Siz Ümummilli Lider Heydər Əliyevin layiqli davamçısı kimi ölkəmizi həm iqtisadi, həm siyasi, həm hərbi sahədə gücləndirdiniz.

Sizin rəhbərliyinizlə qüdrətli Ordumuz doğma torpaqlarımızı Azərbaycan xalqının qanına susamış və “Böyük Ermənistan" xülyası ilə yaşayan erməni faşistlərindən azad edərək əsrlərlə bizi narahat edən məsələni birdəfəlik həll etdi.

Qələbə sevinicini Sizin - Müzəffər Ali Baş Komandanın sayəsində yaşadıq, qürurlandıq.

2024-cü il fevralın 7-də prezident seçkilərində qazandığıız möhtəşəm qələbəyə görə bir daha sevindik, qürurlandıq. Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibəti ilə Sizi ürəkdən təbrik edir, Sizə və əzizlərinizə can sağlığı, səadət, sevinc, uğurlar arzu edirik!”.