25 may Beynəlxalq İtkin Düşmüş Uşaqlar Günüdür
Müharibə həm də əsirlikdi. Bu və ya digər yaşayış məntəqəsi işğal ediləndə qaçmağa imkanı olmayanlar əsir götürülür. Əsirlərin əksəriyyətinin harda olması gizlədilir. Birinci Qarabağ müharibəsində yüzlərlə azərbaycanlını ermənilər əsir götürdü, onların çoxundan indi də xəbər yoxdu. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi qru-pu¬nun apar¬dığı araşdırmaya əsasən, 4354 nəfər itkin düşüb və ya girov götürülüb ki, onlardan da 47 nəfəri uşaqdı. Bu fakt İkinci Qarabağ müharibəsində qazanılan tarixi Zəfərdən sonra da düşüncələrimizdədi, Ermənistandan onların tapılması, harada olması, harada gizlədilməsi haqda ictimaiyyət də, dövlət də dürüst məlumat tələb edir…
25 may Beynəlxalq İtkin Düşmüş Uşaqlar Günüdür. Dünya birliyi iyunun 1-ni Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi qeyd edir. Hər yerdə bu günün şərəfinə tədbirlər keçirilir. Güman ki, Ermənistanda da belə olur. Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həmrəy olan Ermənistan itkin saldığı insanların, eləcə də belə uşaqların taleyini Azərbaycandan da, beynəlxalq təşkilatlardan da gizlədir.
İstər tarixi hadisələr, istər bədii əsərlər, istərsə də bədii filmlər təsdiqləyir ki, müharibə bitən¬də itkinlər də, əsirlər də qarşılıqlı formatda qaytarılır. Azərbaycanda əsir erməni yoxdur. Bunu məğlub dövlət də etiraf edir. Özü isə nə əsirləri, girovları qaytarır, nə də itkinlərin taleyi haqqında dürüst məlumat verir...
Görəsən Ermənistanın Beynəlxalq İtkin Düşmüş Uşaqlar Gününə bəşəri münasibəti olacaq¬mı?
Səbinə XASAYEVA
Milli Məclisin deputatı