“Deputat Fazil Mustafaya atılan güllələr Azərbaycanı qorxutmaq məqsədi daşıyırdır”.
Sabahinfo.az xəbərt verir ki, bunu Milli Məclisin yaz sessiyasının növbəti plenar iclasında deputat Əli Məsimli bildirib.
O qeyd edib ki, bu gün Ermənistanın maraqlarını öz maraqları elan edən dövlətlər Azərbaycanın düşmənidir:
“Fazil Mustafaya atılan güllələr Azərbaycanı suverən hüquqlarından məhrum etmək, ölkəmizi müstəmləkə formasına salmaq, Ermənistanla olan məsələlərdə ölkəmizi məcburiyyət qarşısında qoymaq məqsədi daşıyırlar”.