Bakıda körpə doğuş zamanı ölüb

Bakıda doğuş zamanı körpə ölümü baş verib.

Qaradağ Rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə Lökbatanda yerləşən 4 saylı Doğum Evində qeydə alınıb. Gülnur Bəhruz qızı Şahverdiyevanın dünyaya gətirdiyi uşaq ölüb. Uşağın hansı səbəbdən ölməsi hələlik məlum deyil.

4 saylı Doğum Evindən Apa-ya faktı təsdiqləsələr də, əlavə açıqlama verilməyib.

Faktla bağlı Qaradağ Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır