"Beynəlxalq hüquqda böhran yaşanır"

"ABŞ Azərbaycanın strateji tərəfdaşıdır”. APA-nın məlumatına görə, bunu Azərbaycan Milli Məclisinin sədrinin birinci müavini Ziyafət Əsgərov deyib.

 

Ziyafət Əsgərov bildirib ki, bir dövləti tənqid etmək olar: "Biz də hansısa dövləti tənqid edə bilərik. Ancaq insan hüquqlarını alver predmetinə çevirib hansısa ölkənin daxili işlərinə qarışmaq yolverilməzdir”.

 

Z. Əsgərov qeyd edib ki, bu gün beynəlxalq hüquqda böhran yaşanır: "Dövlətlər beynəlxalq hüququn bərabərhüquqlu subyektidirsə, bir-birinə qarşı səmimi olmalıdır”.