Dekabr ayının 25paytaxt Bakıda təşkilatçı Fatimə Babayevanın təşəbbüsü ilə "Uşaqlar bir dünyadır"adlı xeyriyyə tədbiri keçiriləcək. Bu haqda təşkilatçı özü Sabahinfo-ya məlumat verib.
"Bilirik ki hər hansısa bir yetimi sevindirmək savabdır. Məndə ənənəmə sadiq qalaraq hər il olduğu kimi bu ildə Suraxanıda yerləşən "Elçin"şadlıq sarayında kimsəsiz uşaqlar üçün yeni il bayramı qabağı "Uşaqlar bir dünyadır"adlı tədbir planlaşdırdım. Təbii ki istədim ki bir neçə saatlıq uşaqlara sevinc və bayram abu havası bəxş edim."
Qeyd edək ki tədbirin informasiya dəstəyi Sabahinfoya məxsusdur.




