Acunu məhkəməyə verdilər

Bəzi məşhur mahnıların söz yazarı və bəstəkarı Şehrezat Acun İlıcalının rəhbəri olduğu "Acun Medya"nı və TV8 telekanalını məhkəməyə verib. 

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, İstanbul Əqli Mülkiyyət Hüququ Məhkəməsinə müraciət edən Şehrezatın vəkili "Yarışmaçılar mahnını "detone" olaraq müvəkkilimin arzu etmədiyi şəkildə oxuyublar. Bu da onu çox kədərləndirib" deyib.

Şehrezat 5 min lirə (təxminən 2500 manat) maddi, 10 min lirə isə mənəvi (təxminən 5 min manat) təzminat tələb edib.