Yaxın günlərdə Honkonqda keçiriləcək nüfuzlu "Wine & Spirits Fair” sərgisində ilk dəfə Azərbaycan şərabları nümayiş etdiriləcək.
sabahinfo.Az haqqin.az-a istinadən xəbər verir ki, bu barədə Honqonkun "The Standard” qəzeti yazıb.
Sərgidə 30 pavilyon olacaq, burada dünyanın onlarla ölkəsi öz məmulatlarını təqdim edəcəklər.
Sərgi təşkilatçıları ilk dəfə iştirakçılar siyahısına Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunu da daxil ediblər.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun yaydığı məlumatda bildirilir ki, şərabçılıq ilə məşğul olan idxalçılar Honkonqda ticari missiyada iştirak etmək üçün Azərbaycan İqtisadiyyat Nazirliyinə müraciət edə bilərlər.