Azərbaycanda yeni xəbər portalı işə başlayır. Bu yaxınlarda Azərbaycanda obyektiv xəbərin ünvanı olan "Nyus Presstv.az"adlı xəbər portalı belə ki ilk gündən obyektiv xəbər portalı olmaqla yanaşı online televiziya kimidə fəaliyyət göstərəcək. Bu barədə "Sabahinfo.az"-a yaradılacaq informasiya portalının direktoru Aydın Ulusoy məlumat verib:
"Bəli bu yaxınlarda artıq yeni bir xəbər portalı və online televiziya fəaliyyətə başlayacaq. Tam qərəzsiz və obyektiv xəbərlərlə oxucuları məlumatlandıracaq portal 24 saat ərzində yeni yeni xəbərlərlə sizləri məlumatlandıracağıq. Qeyd edim ki, burada tam professional və gənc kadrlar çalışacaqlar, eləcə də praktikantlarda öyrədilib bizimlə çalışmağa davam edəcəklər."
Yaxın günlərdə oxucuların görüşünə gələcək portal artıq işçilərinidə toplamağa başlayıb.
Ülviyyə ŞAHİN