Bakıda avtomobil piyadanı vuraraq öldürüb

Bakıda avtomobil piyadanı vuraraq öldürüb.

 

Sabahinfo.az-ın DİN-in saytına istinadən verdiyi məlumata görə, hadisə bu gün saat 01 radələrində Nərimanov rayonunun Ziya Bünyadov prospektində qeydə alınıb.

 

 

Masallı rayon sakini Ceyhun Əliyev idarə etdiyi "VAZ-2106” markalı avtomobillə yolu keçən Ağdam rayon sakini Oqtay Gülmalıyevi vurub və nəticədə piyada hadisə yerində ölüb.

 

Nərimanov RPİ tərəfindən araşdırma aparılır.