İki "VAZ" toqquşub, sürücü xəsarət alıb

Gəncədə bir nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib.

sabahinfo.Az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Üzeyir Hacıbəyov küçəsində qeydə alınıb.

"VAZ 2107" və "VAZ 2104" markalı avtomobillərin toqquşması nəticəsində "VAZ 2107"-nin sürücüsü, Samux rayon sakini, 1987-ci il təvəllüdlü Şahmar Əliyev müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.