Məşhur türk aktyor xərçəngdən öldü

"Yaşılçam"ın sevilən aktyorlarından olan Mahmud Həkimoğlu müalicə aldığı xəstəxanada bu gün axşam saatlarında həyatını itirib.
 
Sabahinfo.Az axar.az-a istinadən bildirir ki,2014-cü ildə prostat xərçənginə tutulan aktyorun ötən gün vəziyyəti ağırlaşıb və xəstəxanaya çatdırılıb. Reanimasiyada olan aktyor xərçəngə məğlub olaraq vəfat edib.
 
Qeyd edək ki, 1955-ci il təvəllüdlü aktyorun türk kinosunda mühim yeri olub. O, "Qeyb olan illər", "Öksüzlər", "Lənət", "Gülən gözlər" və digər filmlərdə, "Böyük görüş", "Yaşaran xəyallar", "Dilan gəlin" və b. televiziya seriallarında unudulmaz obrazlar canlandırıb.