Rusiyada həmyerlimizi döyərək öldürdülər

Rusiyada həmyerlilərini döyərək öldürən 4 azəbaycanlı tutulub.

Onlar Moskva ətrafındakı Voskresenski rayon hakiminin qərarı ilə həbs ediliblər.

sabahinfo.az  anspress-ə istinadən bildirir ki, bu barədə Moskva vilayət məhkəməsinin saytında məlumat verilib.

Bildirilib ki, cinayət törətməkdə şübhəli bilinən Tağıyev, Əlizadə, Əliyev və Mustafalı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 111-ci maddəsi üzrə (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümünə səbəb olma) maddəsi ilə ittiham ediliblər.  Məhkəmə onlar barəsində qeyd edilən maddə üzrə həbs qətimkan tədbirini seçib.

Yazıda qeyd olunur ki, iyunun 25-da şübhəli şəxslər bazarda olarkən öz həmyerlilərini döyüblər. Ağır xəsarət alan şəxs ölüb. Vəsatətə baxılarkən məhkəməyə onların xarici ölkə vətəndaşları olduğu, Rusiya Federasiyasında yaşayış yerləri və gəlir mənbələri olmadığı barədə məlumat təqdim edilib.