Sabah bir neçə rayonun qazı kəsiləcək

Sabah saat 10:00-dan 15:00-dək "Qaz İxrac” İdarəsinin Hacıqabul magistral qaz kəmərləri sahəsinin "Qubaxəlilli”, saat 10:00-dan 18:00-dək Ağdaş magistral qaz kəmərləri sahəsinin "Yaqublu” qazpaylama stansiyalarında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

sabahinfo.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, təmir müddətində aparılan işlərin saat 10:00-dan 15:00-dək İsmayıllı rayonunun, 10:00-dan 18:00-dək Oğuz rayonunun bir hissəsinin qaz təchizatına təsir göstərməsi mümkündür.