Suriyada 3 türk əsgəri yaralanıb

Suriyanın şimalındakı hərbi əməliyyatlarda Türkiyə Silahlı Qüvvələrinin 3 əsgəri yaralanıb. sabahinfo.az saytı Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat verib.

 

Məlumata görə, İŞİD-in nəzarəti olduğu ərazilərdən türk hərbçilərinin olduğu bölgə qumbaraatanlardan atəşə tutulub. Nəticədə 3 əsgər yaralanıb. Yaralı əsgərlərdən birinin vəziyyəti ağır kimi qiymətləndirilir.

 

Bölgədə əməliyyatlar davam edilir.